Untitled Document
Keçən əsrin son onilliyində 1998-cı ildə fəaliyyətə başlayan Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyi qısa müddət ərzində özünü Gəncə ictimaiyyata tanıda və onun etimadını qazana bildi. Buna səbəb də kollektivin öz vəzifəsini başa düşməsi, onu yerinə yetirə bilmək, göstərilən etimadı, etibarı doğrulda bilmək üçün əzmlə, fədakarlıqla çalışması olmuşdur.

Burada şagirdlər ən müasir təlim şəraiti və vasitələri ilə, lazım olan hər cür iaşə, kommunal, məişət, tibbi-sağlamlıq, mədəni xidmətlərlə təmin olunmuşlar.

Liseyin şagirdlərinin Respublika və Beynəlxalq olimpiadalarda, ali məktəblərə qəbul imtahanlarında qazandığı yüksək nailiyyətlər rayon rəhbərliyi, bölgənin ictimaiyyatı və valideyinlər tərəfindən təqdirlə qarşılanır.

Şagirdlərin ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün xüsusi proqramla iş aparılır. Bunun nəticəsidir ki, liseyin məzunlarının sorağı bu gün dünyanın dörd bir yanından gəlir

Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdləri ölkəmizi həm Respublika, həm də Beynəlxalq fənn olimpiada və yarışlarında ləyaqətlə təmsil edirlər. Bunu məktəbin stendlərini bəzəyən çox sayda qızıl, gümüş və bürünc medullar əyani olaraq nümayiş etdirir.
Gənce Azərbaycan-Türkiyə Özəl Liseyi
Gənce şəhəri. E.Allahverdiyev küç. 68.
Tel:(+994 22) 57 59 37
Fax:(+994 22) 57 77 78
e-mail: gence@cag.edu.az